
Ədhəm Feyzi. Azerbaycan. 1919. No. 141. Mart 20
Keçən rus müstəbid idarəsi zamanında Rusiyanın müxtəlif məhəllərində [yerlǝrindǝ] və baxüsus [xüsusilə] Azərbaycan qitəsində yaşayan, millət və vətən duyğusu ilə şöhrət bulan azəri türk qardaşlarımızın varlığını eşidir, iftixar edirdik. Yalnız o qədər. Bundan irəli gedəmməzdik. Çünki, o müstəbid idarənin zalım si‐ yasəti bizi siyasi münasibatdan mən etmiş [siyasi münasibǝtlǝrimi qadağan etmiş], iqtisadi, milli irtibatdan [ǝlaqǝdǝn] məhrum eyləmişdi. Fəqət bu mümaniətlər [maneǝlər], bu məhrumiyyətlər bizi əməl [arzu] yolundan alı qoymuşmuydu [mǝhrum etmişdirmi]? Xayır! Biləks [əksinə] hicran və təhəssürlə [hǝsrǝtlǝ] qaynayan, coşan milli duyğularımız daha ziyadə şiddətlənmiş və bizi biri‐birimizə daha sıxı bağlarla bağlamışdı ki, inqilabı mütəaqib [inqilabdan sonra] vücuda gələn Ümumrusiya Müsəlman syezdləri [qurultayları] iddiamıza şahidi‐adil olacaq canlı misallardandır. Gərək Krımımızda və gərək türk ünsürü olan yerlərdə inqilabdan bəri zühur edən fəci [faciəvi] vəq’ələr və hələ Azərbaycandakı Bakı, Gəncə hadisələri, bütün varlığımızı sarsmışdı.
Gecələri gözünə uyqu girməyən az bulunmayırdı. Zira biz o etiqaddayız ki, böyük bir əksəriyyətlə türk irqindən mütəşəkkil olan bu zəngin qitənin və sakinlərinin istiqbalı [gǝlǝcǝyi] və eyni zamanda ümum Turan aləminin elmən, iqtisadǝn [elmi baxımdan, iqtisadi baxımdan] təalisi [ucalması] bu qitə sakinləri olan azəri‐türk qardaşlarımızın istiqlaliyyəti‐tammələri ilə pək sıxı əlaqədardır. Bunun üçün əvvəl və axır söyləyəcəyimizdir: hər şeydən əvvəl təmini‐istiqlaliyyət ola‐ caqdır. Yolda gələrkən, səbirsizliklə görmək istədiyimiz bir şey var idi ki, o da Azərbaycan hüduduna bir an əvvəl yetişib, elani‐istiqlal ilə öz müqəddəratını öz əlinə alan hürr və müstəqil qardaşlarımızın məsudiyyəti idi. Buna müvəffəq olduğumuz zaman sevincimizdən ürəklərimiz inbisat, duyğularımız qələyan etmişdi [ürǝklǝrimiz genişlǝnmiş, fǝrǝhlǝnmiş, duyğularımız aşıb‐daşmışdı]. Hələ keçəndə, hürriyyətin ikinci səneyi‐dövriyyəsini al və milli bayraqlarla icra edən soqaqlar dolusu məktəb şagirdləri ilə xalq kümələrinin [qǝlǝbǝliklǝrinin] ara‐sıra hürr və müstəqil bir ruhla: “Yaşasın, hür‐ riyyət və istiqlaliyyət!” nidalarını və sonra Parlamentoda rəisi‐ möhtərəmin hürriyyət və istiqlaliyyət naminə irad etdiyi [söylǝdiyi] nitqinin təsiri ilə salonu çınladan alqış sədalarını eşitdikcə, iftixarımızdan göz yaşlarımızı zəbt edəmməmişdik. Millətlərin qan‐ ları bahasına olan bu hürriyyət və istiqlaliyyətlər qərbdə Paris sülh masasında o millətlərin lehinə həll olunacağına ümidimiz qəvidir [güclüdür]. Bu babda vaxt‐vaxt təzahür edən əmarələr [işarǝlǝr] də o ümidi bir qat daha təqviyyə etməkdədir [güclǝndirmǝkdǝdir].
Cümhuriyyətin gələcəyi haqqındakı təfəkküratımıza [fikirlǝrim‐ izǝ] gəlincə, bu pək genişdir. Öylə bir‐iki sütun yazı yazmaqla bitəcək, tükənəcək şey deyil. Lakin onu xülasə etmək lazım gəlǝrsə, iki kəlimə ilə ifadə edə biləriz. Biri elmən (bilgi cəhəti ilə), digəri iqtisadən (qazanc yolu ilə). Bütün eşitdiyimiz, gördüyümüz mədəni millətlər, məmləkətlər bu iki güclü bina üzərinə qurulmuşlar, dayanmışlardır. Biri mənəvi, digəri maddi sərmayəni təşkil edən bu güclər, əvət, yal‐ nız bunlardır ki, o millətləri, məmləkətləri sahili‐səlamətə ulaşdır‐ mış, qayeyi‐əmələ [arzularının qayǝsinǝ] qovuşdurmuşdur. Birincisi, bilgi cəhəti ilə dedik. Bilgi mənbələri həpimizə bəllidir ki, məktəb namını daşıyan bilgi ocaqlarıdır. Bu ocaqların ibtidailərindən ta alilərinə qədər proqramları həyata əlzəm və onu təmsil edə biləcək ruhi [mǝnǝvi], bədəni [fiziki] bir təlim və tərbiyəni ehtiva etmək iqtiza edir [ǝhatǝ etmǝlidir]. Şimdiyə qədər Turan, İslam aləmi şöylə dursun, ümumiyyətlə, Şərqin məktəbləri teoriyadan, kitabdan çıxıb həyata girməmişdi. Onun üçün də nə səylərindən layiqi ilə istifadə edə bilmişdi, nə də zəkalarından… Anqlosaksonların təqib etdikləri o məqul [ağlabatan, mǝntiqli] üsuli‐tərbiyə teoriya ilə qarışıq pratik təlim, daha açıqcası fikri‐ təşəbbüs və ixtiranı [tǝşǝbbüs vǝ ixtira fikrini] doğuran üsul bilatərəddüd [tǝrǝddüdsüz] tətbiq ediləcək olarsa, məktəblərdən irəlidə basmaqalıb adamlar deyil, fikri‐icad və ixtiraya malik mütəşəbbislər yetişdiyini görəriz. Əgər buna müvəffəq olunarsa, gələcək nəsil iştə o vaxt həqiqi hakimiyyəti, hakimiyyəti‐iqtisa‐ diyyəni əlində tuta bilər. Yoxsa, istiqbal Osmanlı yurdundakı türk qardaşlarımızın halına bənzəyəcəyinə heç şübhə etməz. Bunları düşünür, yazarkən ağılları kimi bədənləri də sağlam olan ingilis əsgərlərinin xəyalı gözümüz önündə canlandı. Canlandı da lisani‐hal ilə: “Bizi millətinizə nümunə olaraq göstəriniz!” dedi. Əvət, bu, nümunə olmağa pək layiqdir. Düşünməli ki, otuz beş milyonluq bir qövm dənizlərə, qitələrə və oralarda yaşayan üç yüz ǝlli milyon insanlara hakim olmuşdur. Səbəbi‐hakimiyyətləri aldıqları ibtidai, tali [ikinci dǝrǝcǝli, ibtidaidǝn sonrakı], ali tərbiyənin kəndilərinə bəxş etdiyi fikri‐icad və təşəbbüs xislətindən başqa bir şey deyildir.
İkincisi qazanc yolu ilə dedik. Bir millət və məmləkətin tərəqqisi, bəqası [ǝbǝdiliyi] onların sərvət və ümranına [rifahına] bağlıdır dersək, mübaliğə etdiyimiz zənn olunmasın. Bu gün hər şey zənginliklə, varlıqla meydana gəldiyi inkar olunmaz bir həqiqətdir. Milləti zəngin, vətəni məmur [abad] etmək babadan, dədədən qalma köhnə üsullarla deyil, biz şərqliləri istila edə gələn Qərb mədəniyyətinin son təşkilatı, təşki‐ lati‐iqtisadiyyəsi ilə müvəffəq olunacağına iman edənlərdəniz. Azərbaycan sakinləri mədəni, heyvani, nəbati sərvəti‐təbiiyyəsi ilə muxtariyyəti‐iqtisadiyyəsini əlinə ala bilərlər. Buna şəkk yox. Əlverir ki, məmləkətin daxili vəsaitində, təşkilati‐iqtisadiyyəsində, əz‐cümlə [o cümlədən] bir tərəfdən münaqilat vǝ ittisalatını [nǝqliyyat vǝ rabitǝsini] qolaylaşdıracaq qara və su yolları, teleq‐ raflar, telefonlar, digər tərəfdən sənayeyi‐daxiliyyəni inkişafa sövq edəcək himayə üsulları, primlər, subsidlər… gərəyi kimi tətbiq edilsin. Bu əməl [niyyǝt], bu qayə ilə mövqeyi‐iqtidara gələn məmləkət mütəfəkkirləri, mütəfənninləri [elm adamları] ilə görüşdüyümüz, təatiyi‐əfkarda [fikir alışverişində] bulunduğumuz zaman yuxarıdan aşağı sərd etdiklərimizin [meydana qoyduğumuz fikirlǝrin] vücuda gələcəyinə qane olaraq, ümmidi‐istiqbal [gələcəyə olan ümid] bir qat daha kəsbi‐təqviyyət etdi [güclǝndi]. Haqq yardımçıları olsun!
Krım vəkili: Ədhəm Feyzi